Niyə Smile Tour?
Smile Tour yalnız tur paketləri satan bir agentlik deyil, müştərinin bütün səyahət ehtiyaclarını vahid rəqəmsal platformada birləşdirən ekosistemdir. Missiyamız müştərilərin səyahət planlama yükünü azaltmaq, onlara daha şəffaf, sərfəli və fərdiləşdirilmiş seçimlər təqdim etməkdir.
Müştərilərə fərdi və keyfiyyətli turizm xidmətləri təqdim etməklə, səyahəti hər kəs üçün əlçatan, münasib və unudulmaz etmək Smile Tour-un əsas missiyasıdır. Bizim üçün hər rezervasiya sadəcə bir satış deyil, müştərinin xatirəsinə yazılacaq yeni bir səyahət hekayəsidir.
Vizyonumuz Azərbaycan və region üzrə tanınan, etibarlı və innovativ turizm brendi olmaqdır. Smile Tour həm outgoing (Azərbaycan vətəndaşlarının xaricə səyahəti), həm də incoming (xaricdən Azərbaycana turist axını) sahəsində liderliyə can atır. Məqsədimiz yerli turizm ekosisteminin rəqəmsallaşmasına, ölkə iqtisadiyyatına və turizm sektorunun inkişafına real töhfə verməkdir.
Smile Tour necə formalaşdı?
Smile Tour ideyası klassik turizm agentliyi modelinin dəyişən müştəri gözləntilərinə cavab vermədiyi müşahidəsindən doğdu. İnsanlar artıq səyahəti agentlik ofislərində deyil, smartfon ekranında planlaşdırır. Biz bu reallığı nəzərə alaraq, yeni nəsil rəqəmsal turizm platforması qurmağa qərar verdik.
Turizm sahəsindəki real təcrübə, müştəri davranışları və bazardakı boşluqların analizi nəticəsində “səyahət üçün lazım olan hər şey bir platformada” konsepti formalaşdı. Fokusumuz yalnız satış deyil, həm də tam xidmət axını yaratmaq oldu.
Marketplace/SaaS yanaşması ilə həm fərdi müştərilərin, həm də B2B tərəfdaşların istifadə edə biləcəyi modul sistem dizayn olundu: Süni Zəka Aləti, Dynamic Packaging, Loyalty System, B2B Dashboard və s.
İlk mərhələdə daxili və xarici tur paketləri üzərindən test rezervasiyaları aparıldı. Müştəri rəyləri əsasında UX/UI, teklif məntiqi, qiymət dinamikası və kommunikasiyalar optimallaşdırıldı.
Bu gün Smile Tour həm web, həm də gələcəkdə mobil tətbiq üzərindən tam rəqəmsal xidmət göstərmək üçün hazırlanır. Məqsədimiz müştərinin ofisə gəlmədən, bütün səyahəti onlayn olaraq planlaşdırmasıdır.
Smile Tour-un fərqi nədədir?
Rəqiblərlə müqayisədə Smile Tour platforma yanaşması ilə seçilir. Biz yalnız tur satmırıq, həm də agentliklər, otellər və digər tərəfdaşlar üçün dəyər yaradan vahid ekosistem qururuq. Aşağıdakı üstünlüklər bizi bazarda fərqləndirir:
İstifadəçi davranışları, büdcə və maraq dairələrini analiz edərək fərdi tur, otel və uçuş təklifləri formalaşdırır. Bu, həm müştəri məmnuniyyətini, həm də konversiya dərəcəsini artırır.
Aviabilet + Otel + Transfer + Viza + Sığorta + İcarə xidmətlərini real vaxtda bir paketdə birləşdirərək ən sərfəli kombinasiyaları hesablayır. Müştəri yalnız “son təsdiq” verir.
Hər rezervasiyadan bonus və cashback qazanmaq, promo endirim kodları ilə növbəti səyahəti daha sərfəli etmək imkan verir. Bu isə müştəri loyallığını gücləndirir.
Agentliklər və partnyorlar üçün satış analitikası, gəlir hesabatları, rezervasiya statistikası və performans göstəriciləri vahid paneldə təqdim edilir.
Müştərinin ödəniş təhlükəsizliyi, şəxsi məlumatların qorunması və şəffaf şərtlər Smile Tour-un əsas prioritetlərindəndir. Lisenziyalı tərəfdaşlarla işləmək prinsipimizdir.
Daxili turlar, bölgə ziyarətləri, qastronomiya və mədəniyyət paketləri ilə Azərbaycanın turizm potensialının təşviqi bizim üçün strateji istiqamətdir.
Smile Tour arxasındakı komanda
Smile Tour-un uğurlu icrası turizm, məhsul inkişafı, marketinq və partnyor menecmenti sahəsində təcrübəli komandaya əsaslanır. Komandamız texnologiya ilə turizmi birləşdirərək həm müştərilər, həm də tərəfdaşlar üçün dayanıqlı dəyər yaradır.
İstər ailəvi istirahət, istər qrup turu, istərsə də biznes səfəri olsun — Smile Tour sənin üçün ən uyğun aviabilet, otel və tur paketlərini Süni Zəka Aləti ilə bir araya gətirir. Əgər turizm agentliyi və ya otel idarə edirsənsə, B2B Dashboard ilə əməkdaşlığa da qoşula bilərsən.